Avtomobildən 13000 ədəd siqaret aşkar edildi

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana "Opel Astra" markalı nəqliyyat vasitəsi ilə gələn ölkə vətəndaşı idarə etdiyi avtomobildə gömrük orqanına mütləq bəyan ediləsi hər hansı predmetin olub-olmaması barədə sorğu-sual edilib. Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, həmin şəxs gömrükçülərə idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən predmetin olmadığını bildirib. Lakin avtomobilə gömrük baxışı keçirilən zaman nəqliyyat vasitəsinin ön oturacaqlarının, ön və arxa ayaqaltılarının altından gömrük nəzarətindən gizlədilən 9200 ədəd "Marlboro", 1000 ədəd "Golden Amerika", 600 ədəd "Muratti", 600 ədəd "Lucky Strike",400 ədəd "Camel", 400 ədəd "Sobranie", 400 ədəd "Winston" və 400 ədəd "R1" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












