Avtomobildən 141 kq heroin ələ keçirildi – FOTO

Avqustun 14-də Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından gələn Tacikistan vətəndaşı İsmayılov Muxameddin Sobirjonoviçin idarə etdiyi “DAF” markalı GP6925/N6775 nömrəli yük maşınına roentgen aparatı vasitəsilə baxış keçirilib və bu zaman avtomobilin döşəməsindəki gizli saxlanc yerlərində narkotik vasitəyə bənzər maddələrin təsviri müşahidə edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bundan sonra Astara Gömrük İdarəsinin və sərhəd nəzarət məntəqəsinin əməkdaşları birlikdə avtomobildə yoxlama aparıb və nəqliyyat vasitəsinin döşəməsinin altındakı gizli saxlanc yerlərindən xeyli miqdarda narkotik vasitə - ümumi çəkisi 141 kiloqram 156 qram olan heroin aşkar olunub.
Nəqliyyat vasitəsini idarə edən Tacikistan vətəndaşı ilkin ifadə zamanı Azərbaycandan transit keçməklə Gürcüstana, oradan isə Ukraynaya getmək istədiyini bildirib. Hazırda faktla bağlı araşdırma aparılır.
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO










