Avtomobildən 16 min siqaret aşkar edilərək götürülüb - FOTO

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə "Ford Tranzit" markalı yük avtomobilində tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətiriləcəyi barədə məlumat daxil olub. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, məlumat əsasında Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına ərik yükü gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Ford Tranzit" markalı yük avtomobili əsaslı şəkildə yoxlanılıb. Yoxlama zamanı avtomobilin yük yerindəki ərik yeşiklərinin arasından, malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən 16 min ədəd siqaretlər aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Emin



İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












