Avtomobildən 1720 ədəd siqaret müsadirə olundu

Gündəm 5 May 2017 12:24
Avtomobildən 1720 ədəd siqaret müsadirə olundu
WhatsApp kanalımıza abunə olun
Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin arxa oturacağının arxa hissəsindən aksiz markası olmayan, üzərində "Comet" yazısı olan 1720 ədəd siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Oxunub : 1068
ŞƏRH YAZ
Ad

E-mail

Şərh