Avtomobildən 21 ədəd mobil telefon aşkar olunub - FOTO

Dövlət Gömrük Komitəsi (DGK) Yevlax Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilmiş mobil telefonlar və aksesuarlarının realizə edilməsinin qarşısını alıblar. Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşının idarə etdiyi "Toyota Land Cruiser Prado" markalı avtomobilini Mingəçevir şəhəri, Heydər Əliyev prospektində gömrükçülər saxlayıb və nəqliyyat vasitəsi gömrük baxışı keçirilməsi məqsədilə Yevlax Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib. Aparılan yoxlama zamanı avtomobilin yük yerindən 5 ədəd "Samsung Galaxy J3 Pro Gold", 10 ədəd "Samsung Galaxy J3 Pro Black", 5 ədəd "Samsung Galaxy A3", 1 ədəd "Samsung Galaxy A5 Gold" markalı mobil telefonlar və aksesuarları aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













