Avtomobildən 254000 ədəd siqaret müsadirə edildi – FOTO

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 3 fakt üzrə 254 000 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.
Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) Avtosfer.az-a bildirilib.
İdarənin “Xanoba” gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin salonundan və ehtiyat təkərinin içərisindən gömrük nəzarətindən gizlədilən 96600 ədəd siqaret aşkar edilərək götürülüb.
“Xanoba” gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi digər bir avtomobildən isə 60000 ədəd siqaret aşkar edilib.
Gömrükçülər qaçaqmalçiliq yolu ilə ölkə ərazisinə gətirilən siqaretləri avtomobilin salonu və yük yerindəki örtüklərin altından aşkar edib.
“Xanoba” gömrük postunun idxal minik xəttində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi daha bir nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı isə avtomobildən gömrük nəzarətindən gizlədilən 97 400 ədəd siqaret aşkar olunaraq götürülüb.
Hər 3 faktla bağlı araşdırma aparılır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF















