Avtomobildən 355 ədəd pirotexniki vasitə aşkar edilib

Gündəm 18 Dekabr 2017 16:00
Avtomobildən 355 ədəd pirotexniki vasitə aşkar edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.  Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib. Məlumata görə, baxış zamanı həmin nəqliyyat vasitəsinin sağ və sol "karniz"lərinin içərisində 355 ədəd pirotexniki vasitə aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Oxunub : 959
ŞƏRH YAZ
Ad

E-mail

Şərh