Avtomobildən 4 mindən çox pirotexniki vasitə müsadirə edilib - FOTO

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə 4345 ədəd pirotexniki vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən bu malların hamısı idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının idarə etdiyi minik avtomobillərində aşkar olunub. Həmin avtomobillərdən birinin arxa oturacağından yük bölməsinin bitdiyi hissəyə qədər kustar üsulla hazırlanmış gizli saxlanc yerində 1 825 ədəd pirotexniki vasitə aşkarlanıb. Digər iki avtomobildə gömrük nəzarətindən gizlədilən cəmi 2 520 ədəd pirotexniki vasitə isə nəqliyyat vasitələrinin hərəkətdə olan təkərlərində aşkar edilib. Bütün faktlarla bağlı araşdırma aparılır.
Namiq
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














