Avtomobildən 46 mindən çox siqaret və 15 mobil telefon aşkar edildi

Gündəm 23 Yanvar 2018 15:15
Avtomobildən 46 mindən çox siqaret və 15 mobil telefon aşkar edildi
WhatsApp kanalımıza abunə olun
Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən və Azərbaycanın aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin və mobil telefonların realizə edilməsinin qarşısını alıblar. Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib. Məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Məhəmməd Məmmədov Yasin oğlunun idarə etdiyi "Hyundai AF-47432A" markalı, 01-AD-046 dövlət nömrə nişanlı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb. 

Tovuz Gömrük İdarəsinə gətirilən həmin nəqliyyat vasitəsinə baxış zamanı, avtomobilin yük yerində aksiz markasıyla markalanmayan cəmi 46.200 ədəd - "Marlboro Gold edge", "Parliament Silver blue", "Parliament Aqua blue", "Parliament Carat" və "Sobranie Super Slims" adlı siqaretlər aşkar edilib.

Bundan başqa, avtomobildə qutu və aksesuarları ilə birlikdə 9 ədəd "Samsung Galaxy J5 (6)" və 6 ədəd "Samsung Galaxy J5 prime" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Fidan

Oxunub : 1146
ŞƏRH YAZ
Ad

E-mail

Şərh