Avtomobildən 50 min qaçaqmal siqaret çıxdı - FOTO

Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi (XDARİMM) Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan tütün məmulatlarının Bakı şəhərində realizə edilməsi barədə məlumat daxil olub. DGK-dən Avtosfer.az-a verilən xəbərə görə, dərhal Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar dairəsi ərazisində əməliyyat keçirilib və əməliyyat nəticəsində saxlanılan Azərbaycan Respublikasının vətəndaşı Əsədov Yunsur İnsaf oğlunun idarə etdiyi "Samand Soren" markalı, 99-AG-750 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerindən 3 ədəd karton qutuda, üzərində Azərbaycan Respublikasının müvafiq aksiz markaları olmayan siqaretlər aşkar olunub. Yükə gömrük baxışı keçirilməsi məqsədilə Əsədov Yunsur İnsaf oğlu Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin inzibati binasına dəvət olunub. Yoxlama zamanı avtomobilin yük yerindəki 3 ədəd karton qutudan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 50 000 siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












