Banner

Avtomobildən 5600 ədəd siqaret aşkar edildi

Gündəm 19 Aprel 2017 11:14 Oxunub 824
Avtomobildən 5600 ədəd siqaret aşkar edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib. Yoxlama zamanı avtomobilin arxa oturacağının altından və salonundan gömrük nəzarətindən gizlədilən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 5600 ədəd "Golden gate" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh