Avtomobildən 60000 qanunsuz siqaret aşkarlandı - Gömrükdə

Azərbaycana qaçaqmalçılıq yolu siqaret keçirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 7 hüquqpozma faktı üzrə müxtəlif markalı 60000 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.
Siqaretlərin 19800 ədədi 3 fakt üzrə İdarənin “Samur” gömrük postunda aşkar edilib. Qaçaqmalçılıq predmetləri avtomobillərin müxtəlif hissələrindəki gizli bölmələrdə aşkar olunub.
“Yalama” gömrük postunda 1 fakt üzrə 3200, “Xanoba” gömrük postunda isə 3 fakt üzrə 37000 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə gömrük ərazisinə keçirilməsinin qarşısı alınıb. Siqaretlər gömrük postunun idxal minik xəttində əvvəlcədən daxil olan əməliyyat məlumatına əsasən aşkar edilib.
Aşkar edilən faktlarla bağlı araşdırma aparılır.


Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












