Avtomobildən 700 qutu pirotexniki vasitə aşkar edildi

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "VAZ 21 074" markalı avtomobillə gələn ölkə vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb.
Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib.
Həmin şəxs nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib. Nəqliyyat vasitəsinə tətbiq edilən gömrük baxışı zamanı isə avtomobilin sağ və sol karnizlərinin içərisindən gömrük nəzarətindən gizlədilən, üzərində gürcü əlifbası ilə yazılar olan 400 qutu pirotexniki vasitələr aşkar edilib.
İdarənin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan daha bir məlumat əsasında isə Gürcüstandan Azərbaycana "Mersedes Benz 250D" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı da eyni üsulla sorğu-sual edilib. Həmin şəxs də avtomobildə gömrük nəzarətindən gizlədilən və gömrük orqanına mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib. Gömrük baxışı zamanı isə avtomobilin sağ və sol karnizlərinin içərisindən gömrük nəzarətindən gizlədilən, üzərində gürcü əlifbasl ilə yazılar olan 300 qutu pirotexniki vasitə aşkar olunub.
Hər iki faktla bağlı araşdırma aparılır.
Namiq
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA










