Avtomobildən 78400 ədəd siqaret çıxdı – FOTO

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin realizə edilməsi ilə məşğul olan dəstə aşkar edib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, idarənin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə qabaqcadan əlbir olan bir qrup şəxsin aksiz markası olmayan siqaretləri satma, satış məqsədilə saxlama, eyni zamanda Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən siqaretləri realizə etmələri barədə əməliyyat məlumatı daxil olub.
Daxil olan məlumata əsasən həmin şəxslərin Azərbaycan vətəndaşları olduqları müəyyən edilib və dərhal əməliyyat tədbirləri həyata keçirilərək Masallı-Yardımlı yolunun üzərində, Yardımlı rayonunun girişində bu rayonun sakinləri olan 3 nəfər saxlanılıb.
Saxlanılanlardan birinin idarə etdiyi avtomobildən 2 adda 78 400 ədəd xarici markalı siqaretlər aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












