Avtomobildən 88 min qanunsuz siqaret aşkar olundu - FOTO

Dövlət Gömrük Komitəsi (DGK) Gəncə Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar. Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Gəncə şəhər sakini Vəliyev Fidayıl Fəxrəddin oğlunun idarə etdiyi "SKODA Octavia" markalı, 99XU122 dövlət nömrə nişanlı avtomobil Gəncə şəhərinin Nizami rayonu ərazisində saxlanılıb. Gəncə Gömrük İdarəsinə gətirilən həmin nəqliyyat vasitəsinə baxış zamanı, avtomobilin salonunda və yük yerində xarici ölkələrdə istehsal olunan və Azərbaycan Respublikasının aksiz markasıyla markalanmayan cəmi 88.000 ədəd - "Continent", "King New", "King Freshpak", "Cavallo", "Milano", "Milano Nano Edition" və "Manchester" adlı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Fərid
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















