Avtomobildən aksiz markasız xeyli içki və siqaret müsadirə olunub

Gürcüstanla sərhəddə aksiz markasız xeyli içki və siqaret müsadirə olunub. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postu yaxınlığındakı "Avtovağzal" adlanan ərazidə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaret və spirtli içkilərin toplanması barədə məlumat daxil olub. Dərhal yaradılan əməliyyat qrupunun qeyd edilən ərazidə apardığı əməliyyat tədbirləri nəticəsində içərisində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan malların olduğu ehtimal edilən "VAZ 21 099" markalı nəqliyyat vasitəsi saxlanılıb. Avtomobilin sərnişini Azərbaycan vətəndaşı nəqliyyat vasitəsindəki yüklərin ona aid olduğunu bildirdikdən sonra "Sınıq Körpü" gömrük postunun ərazisində qanunvericiliyə uyğun şəkildə yüklərə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobildən üzərində aksiz markası olmayan 1 litrlik həcmdə 29 ədəd müxtəlif markalı spirtli içkilər, 4200 ədəd siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












