Avtomobildən çıxan 33 kiloqram qızılın arxasında hansı məmur dayanır?

Ötən gün Türkiyənin hüquq-mühafizə qurumlarının Azərbaycandan bu ölkəyə xalis qızıl külçə aparan şəxslərin saxlaması haqda xəbər vermişdik.
Məlumatda İstanbulda Azərbaycan dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman 33 kilo 576 qram ağırlığında 39 ədəd xalis qızıl külçə aşkar edildiyi bildirilirdi. Əməliyyat zamanı adları gizli saxlanılan 30 və 32 yaşlarında iki nəfər saxlanıb.
Avtosfer.az azadliq.info-ya istinadən bildirir ki, Azərbaycanda maliyyə böhranı başlayandan qeyri-rəsmi ölkədən valyuta çıxarılmasına qadağa qoyulub. Lakin bu qadağaya əməl etməyənlər də var. Və onlar əksər hallarda valyutanı qızıl, yaxud da brilyant şəklində ölkədən çıxarmağa cəhd edirlər. Ekspertlər bildirirlər ki, bu hadisə də ölkədən valyuta çıxarılmasına cəhddir. "Türkiyədə qızıl Azərbaycandan daha ucuzdur. Bu baxımdan Azərbaycandan ora qızıl aparıb satmaq inandırıcı görünmür. Görünür, həmin şəxslər pullarını bu şəkildə ölkədən çıxarmağa çalışıblar".
Sayt yazır ki, Azərbaycanda 1 kiloqram qızılın qiyməti 36 min dollardır. 33 kiloqram qızıl isə 1 milyon 188 min dollar edir. Ekspertlər güman edirlər ki, bu işin arxasında hansısa məmur dayanır. "Həm tutulan şəxslərin adlarının açıqlanmaması, həm də qızılın çox olması işin arxasında hansısa məmurun dayandığı barədə şübhələr yaradır", - deyə ekspertlər vurğulayıblar.
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










