Avtomobildən gömrük nəzarətindən gizlədilən avadanlıqlar aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyə Respublikasından Azərbaycana idxal gömrük proseduru altında yüklə daxil olan yük avtomobili "HCVG viZual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib. Bu barədə Avtosfer.az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib. Türkiyə vətəndaşının idarə etdiyi həmin avtomobil yoxlama-baxış sistemindən keçərkən qurğunun monitorunda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvir görünüb. Avtomobilə təkrar baxış zamanı, yük yerində "invoys"da göstərilməyən və gömrük orqanına bəyan olunmayan 50 ədəd "Silver" markalı toster, 3 ədəd "PO602" markalı pizza bişirən elektrik sobası, 15 ədəd "PİMAK" markalı 4 seksiyalı və 2 ədəd "PİMAK" markalı 3 seksiyalı dönər bişirən avadanlıqlar aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












