Avtomobildən külli miqdarda araq və siqaret müsadirə olunub

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə "Mersedes Benz" markalı avtomobildə Azərbaycan aksiz markası ilə markalanmayan araqların və siqaretlərin olması barədə məlumat daxil olub. Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib. Məlumatda deyilir ki, dərhal yaradılan əməliyyat qrupu tərəfindən həmin avtomobil Ağstafa rayonu ərazisində saxlanılaraq Tovuz Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin yük yerindən və ön ayaqaltılarının altından Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 111 ədəd 1 litrlik "Nemiroff" markalı araqlar, aksiz markası ilə markalanmayan 1800 ədəd "Marlboro Gold Edge", 600 ədəd "Marlboro Gold Touch" və 600 ədəd "Marlboro Filter Plus" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Kənan
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












