Avtomobildən külli miqdarda mobil telefon aşkarlandı - FOTO

Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mobil telefon və aksesuarlarının gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, idarənin “Sadıxlı” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Vüqar Yusifovun idarə etdiyi “Mercedes-Benz 180” markalı, 90 FZ 536 dövlət nömrə nişanlı avtomobilə gömrük nəzarəti həyata keçirilib. Baxış zamanı, həmin nəqliyyat vasitəsinin sağ və sol karniz bölməsinin kəsilməsi ilə xüsusi düzəldilmiş yerlərində gizlədilən - 28 ədəd “Sunlean model S2”, 49 ədəd “Xinova T210” markalı mobil telefonlar və mobil telefona aid 98 ədəd adapter, eləcə də arxa oturacağın arxasında gizlədilən 92 ədəd mobil telefon qutusu aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
















