Avtomobildən külli miqdarda narkotik aşkar edildi

Astara Gömrük İdarəsinin yük şöbəsində Azərbaycan ərazisindən tranzit gömrük proseduru altında keçməklə İrandan Gürcüstana gedən Gürcüstan vətəndaşı Vatsadze Qoça Quram oğlunun idarə etdiyi "Mersedes" markalı, PA-5867-BM nömrəli yük nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilib. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, xidməti it dartıcının kabinəsinə reaksiya verdiyi üçün nəqliyyat vasitəsi saxlanılaraq təkrar yoxlanılıb. Yoxlama zamanı kabinədə, sürətlər qutusunun üzərində, avadanlıqlar üçün nəzərdə tutulmuş rəfdə 1 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 0,306 qram təşkil edən 13 ədəd çətənə bitkisinin toxumları aşkar edilib. Daha sonra zərurət yarandığı üçün vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı isə vətəndaşın üzərində 3 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 0,421 qram təşkil edən psixotrop maddə - metamfetamin və 1 ədəd bükümdə xalis çəkisi 0,895 qram təşkil edən narkotik vasitə - həşiş aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












