Avtomobildən külli miqdarda siqaret aşkar edildi - FOTO

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında İdarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikası, Azərbaycan Respublikası və Gürcüstan ərazilərindən tranzit keçməklə İraq Respublikasından Türkiyə Respublikasına yüksüz gedən Türkiyə Respublikası vətəndaşı Yıldırım Süleymanın idarə etdiyi “VOLVO” markalı 47 PC 821/33 AS 368 nömrə nişanlı soyuducu yük avtomobili saxlanmış, gömrük və sərhəd xidməti əməkdaşları birgə yük avtomobilinə əsaslı baxış keçirmişlər. DGK-dən Avtosfer.az-a verilən məlumata görə, baxış zamanı avtomobilin qoşqusunun sağ tərəfdən aşağı hissəsindəki metal lövhələrə fiziki müdaxilə olunduğu nəzərə çarpmışdır. Sonra həmin metal lövhələr açılmış və lövhələrin arxasında, qoşqunun döşəməsinin alt hissəsindəki boşluqlardan malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış, 800 ədəd üzərində “GSS”, 1800 ədəd üzərində “Brilliant”, 5000 ədəd üzərində “OSCAR”, 6000 ədəd üzərində “KİNG”, 8000 ədəd üzərində “MM” və 408000 ədəd üzərində “Victory” yazısı olan, ümumilikdə 429600 ədəd siqaretlər aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















