Avtomobildən külli miqdarda siqaret aşkar olundu

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycanın aksiz markası ilə markalanmayan külli miqdarda tütün məmulatını satma, satış məqsədi ilə saxlama barədə əməliyyat məlumatı daxil olub. Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib. Məlumatda deyilir ki, dərhal yaradılan əməliyyat qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində Ələt-Astara yolunun Biləsuvar şəhəri ərazisindən keçən hissəsində Azərbaycan vətəndaşı Abbasov Rahid Əliseyran oğlunun idarə etdiyi "Hyundai Elantra" markalı minik avtomobili saxlanılıb. Maşına baxış zamanı onun yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 50.000 ədəd "Manchester" adlı siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Kənan
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












