Avtomobildən külli miqdarda siqaret aşkar olundu - FOTO

Dövlət Gömrük Komitəsi (DGK) Yevlax Gömrük İdarəsinin əməkdaşları Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən və milli aksiz markası olmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıb. Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan satma, satış məqsədi ilə saxlama barədə daxil olan məlumat əsasında Mingəçevir şəhərində əməliyyat keçirilib. Mingəçevir şəhəri İ.Qasımov küçəsində keçirilən əməliyyat zamanı Mingəçevir şəhə sakini Səlimov Vüsal Nizami oğlunun idarə etdiyi VAZ-21154 markalı, 45BX080 dövlət nömrə nişanlı minik avtomobil saxlanılaraq Yevlax Gömrük İdarəsinə gətirilib və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin salonundan və yük yerindən xarici ölkələrdə istehsal olunan və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilikdə 37.000 ədəd "MAC", "Mond", "CK", "NZ", "Alster", "Comet", "GM", "Continent", "Gold Mount", "RC", "Senator", "Omega", " Ascent", "Cavallo", "Milano" və "Manchester" adlı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













