Avtomobildən külli miqdarda siqaret, mobil telefon və qaz balonları aşkar olunub

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşı ilə idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük orqanına mütləq bəyan edilməli hər hansı əşyanın olub olmaması barədə sorğu-sual aparılıb. Bu barədə Avtosfer.az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, həmin şəxs gömrükçülərə üzərində və idarə etdiyi avtomobildə gömrük nəzarətinə bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirirb. Qanunvericiliyə uyğun olaraq avtomobildə və sürücünün üzərində aparılan gömrük yoxlaması zamanı isə külli miqdarda siqaret, mobil telefonlar və qaz balonları aşkar olunub. Belə ki, avtomobilin ayaqaltılarının, ön və arxa oturacaqlarının altından gömrük nəzarətindən gizlədilən, üzərində "Marlboro" sözləri yazılan 8 min ədəd siqaret, nəqliyyat vasitəsinin yük yerindən və salonundan gömrük nəzarətindən gizlədilən 1 ədəd "Samsung Galaxy J5(6)", 1 ədəd "Samsung Galaxy J5 Prime" markalı mobil telefonlar, arxa oturacağın üzərindən və yük yerindən gömrük orqanına bəyan edilməyən 6 ədəd qutusunun üzərində "Dupont Freon R 22" yazısı olan, kondisionerlərdə istifadə edilməsi nəzərdə tutulan qaz balonları aşkar edilib. Daha sonra sürücünün üzərinə gömrük baxışı keçirilib və 5 ədəd "Samsung Galaxy J3 (6)", 1 ədəd "Samsung Galaxy J2 Prime" markalı telefonlar da aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Emin
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB










