Avtomobildən külli miqdarda siqaret müsadirə olundu - 82000 ədəd

Gömrükdə külli miqdarda siqaret müsadirə olunub. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İrandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə “Heimann Cargo Vision” rentgen qurğusunda gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin istifadədə olmayan yanacaq çənində fərqli görünüşdə və formada naməlum predmetlər müəyyən edilib. Sonra nəqliyyat vasitəsinə əsaslı baxış keçirilib və gömrükçülərin şübhələri özünü doğruldub. Avtomobilin istifadədə olmayan yanacaq çənində malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən 2 adda 82000 ədəd siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










