Avtomobildən külli miqdarda siqaret və qaz balonları aşkar olundu

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşı ilə idarə etdiyi "VAZ 21063" markalı avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük orqanına mütləq bəyan edilməli hər hansı əşyanın olub olmaması barədə sorğu-sual aparılıb.
Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, həmin şəxs gömrükçülərə idarə etdiyi avtomobildə gömrük nəzarətinə bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Qanunvericiliyə uyğun olaraq avtomobildə aparılan gömrük yoxlaması zamanı isə gömrük orqanına yazılı və ya şifahi şəkildə bəyan edilməyən 13 min 600 ədəd siqaretlər və 7 ədəd qaz balonu aşkar edilib.
Belə ki, avtomobilin mühərrik yerindən, ayaqaltılarının, ön və arxa oturacaqlarının altından gömrük nəzarətindən gizlədilən, aksiz markası ilə markalanmayan, qutularının üzərində "Parliament" sözü yazılan 11000 min ədəd, qutularının üzərində "Marlboro" sözü yazılan 2 000 ədəd və qutularının üzərində "LD" sözü yazılan 600 ədəd siqaretlər, nəqliyyat vasitəsinin yük yerindən və arxa oturacağın üzərindən gömrük orqanına bəyan edilməyən, qutusunun üzərində "Dupont Freon R 22" yazısı olan 7 ədəd kondisionerlərdə istifadə eilməsi nəzərdə tutulan qaz balonları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










