Avtomobildən külli miqdarda siqaret və telefon aksessuarı müsadirə olunub

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Avtosfer.az- verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacağının arxasından aksiz markası olmayan 2800 ədəd "Parliament" və 4000 ədəd "Marlboro gold edge" markalı siqaretlər, salonunda xüsusi düzəldilən saxlanc yerindən isə mobil telefonlara məxsus 100 ədəd USB kabel, 100 ədəd adapter başlığı, 100 ədəd qulaqcıq, 45 ədəd batareya, 25 ədəd "Samsung" markalı mobil telefonların qutuları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Fidan
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY













