Avtomobildən külli miqdarda xarici markalı siqaret müsadirə edildi- FOTO

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Qusar rayonu ərazisində keçirilmiş əməliyyat tədbiri zamanı, Kiriş-Həzrə yolu istiqamətində gedən, içərisində Azərbaycan vətəndaşlarına məxsus mallar olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Toyota Rav 4" markalı nəqliyyat vasitəsi saxlanılaraq baxış keçirilməsi üçün idarəyə dəvət edilib.
Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı avtomobilin yük yerindən və salonunda olan qara rəngli polietilen paketlərdən, əl çantalarından və nəqliyyat vasitəsində olan "Bimax" markalı yuyucu toz qutularının içərisindən, ümumilikdə 102 680 ədəd "NZ Gold Compact" və 6000 ədəd "Marlboro" markalı siqaretlər və 20 880 ədəd "Belomorkanal" markalı papiroslar aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













