Avtomobildən külli miqdarda zəli aşkarlandı - 29000 ədəd

Azərbaycan gömrükçüləri daha bir fakt üzrə külli miqdarda zəlinin ölkə ərazisindən qanunsuz yolla çıxarılmasına cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin yük şöbəsində İranın vətəndaşı Shafabakhsh Mehran Omran oğlunun idarə etdiyi yük avtomobilinə gömrük baxışı keçirilib. Baxış zamanı, avtomobilin kabinəsində gömrük nəzarətindən gizlədilən, ümumi təqribi çəkisi 55 kq olan "Hirudo medicinalis" növ zəlilər aşkar edilib. Tibbi təyinatlı bu zəlilər Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutuna təhvil verilib və faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, Astara Gömrük İdarəsində bundan öncə digər İran vətəndaşının idarə etdiyi sərnişin avtobusuna gömrük baxışı nəticəsində isə ümumi sayı 29 000 ədəd olan "Hirudo medicinalis" növ zəlilər aşkar edilmişdi. Bu növ zəlilər "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında" Konvensiya (CITES) ilə müəyyən edilmiş siyahıya daxildir.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












