Avtomobildən narkotik tapılıb

Gömrük orqanına təqdim olunmayan dərman preparatı İrandan Azərbaycana gələn avtomobildə kinoloji xidmət itinin reaksiyası əsasında aşkarlanıb. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi minik avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Baxış zamanı, xidməti it avtomobilin salonuna reaksiya verib və həmin nəqliyyat vasitəsi əsaslı yoxlanılıb. Nəticədə, avtomobilin sürücü oturacağının arxasında, əşyaların saxlanılması üçün nəzərdə tutulan ciblikdə gömrük nəzarətinə bəyan olunmayan 50 konvalyut - cəmi 500 həb "Alprazolam 0.5" adlı dərman preparatı aşkar edilib. Xatırladaq ki, "Alprazolam" adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlar"ın III siyahısına daxildir. Aşkar edilən 500 həbin tərkibində alprazolamın təsir maddəsinin ümumi miqdarı 0,25 qram təşkil edir. Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












