Avtomobildən oğurluq edənlər tutulub

Suraxanıda avtomobildən oğurluq edən şəxs ələ keçib. Avtosfer.az DİN-in saytına istinadən məlumatına görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 2-də Ramil Zeynalova məxsus “VAZ-2107” markalı avtomobildən səsgücləndiricilər, səs aparatı və ehtiyat təkəri oğurlamış Bakı şəhər sakini Təbriz Məmmədov tutulub. Bundan başqa, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də Lənkəran şəhər sakinləri Vüsal Abdullayevə məxsus “VAZ-2107” markalı avtomobildən maqnitofon və mobil telefon oğurlamış, habelə iyulun 4-də Azad Əliyevə məxsus “VAZ-21074” markalı avtomobili qaçırmış şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Abdullayev da ələ keçib.
İyulun 4-də “Hyundai” markalı avtomobildən 2 çəllək pivə oğurlamış şəhər sakini Fərrux Qasımov isə Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Nurlan
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












