Avtomobildən pirotexniki vasitələr aşkar edilib - FOTO

Tovuz Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan malların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycana vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı zamanı, avtomobilin yan qapılarının içində 150 qutu pirotexniki vasitə və 2 ədəd fişəng aşkar edilib. "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn digər iki Azərbaycan vətəndaşının idarə etdikləri avtomobillərdə isə pirotexniki vasitələrin avtomobilin hər dörd təkərinin içərisində gizlədildiyi məlum olub. Həmin avtomobillərdən birində 60 qutu, digərində 146 qutu pirotexniki vasitə aşkarlanıb.
Bütün faktlarla bağlı araşdırma aparılır.
Namiq
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














