Avtomobildən qanunsuz dərman aşkar edilərək götürülüb

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan "Mercedes E220" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb. Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib. Həmin şəxs gömrükçülərə üzərində və nəqliyyat vasitəsində gizlədilən, gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib. Lakin nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı avtomobilin oturacağının söykənəcək hissəsinin arxasından, qabaq sağ və sol döşəmələrin altından gizlədilmiş halda ümumi sayı 142 konvalyut - 1 857 ədəd üzərində "Omega 3 Kapseln" yazısı olan balıq yağı dərman preparatları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












