Avtomobildən siqaret və mobil telefonlar aşkarlandı - FOTO

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında “Qoşa Təpə” gömrük postunda Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikası ərazisindən tranzit keçməklə Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobili əsaslı şəkildə yoxlanılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama başlamazdan əvvəl vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası predmetin olub-olmadığı barədə sorğu-sual edilib. O isə cavabında idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan ediləsi predmetin olmadığını bildirib.
Lakin yoxlama zamanı həmin avtomobilin kabinəsində arxa yataq yerinin üzərindəki döşəyin altından 20.000 ədəd “MM” adlı siqaret, eləcə də 63 ədəd müxtəlif markalı mobil telefonlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.


İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












