Avtomobildən xeyli sayda siqaret aşkar olundu - FOTO

Dövlət Gömrük Komitəsi (DGK) Gəncə Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında əməliyyat tədbiri keçirib. Avtosfer.az xəbər verir ki, bu barədə DGK-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, əməliyyat tədbiri Gəncə şəhərinin Kəpəz rayonu ərazisində yerləşən mağazanın qarşısında baş tutub. Burada Azərbaycan aksiz markasıyla markalanmamış tütün məmulatının satışı və daşınması ilə məşğul olan Gəncə sakininin idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı aparılıb. Baxış zamanı, avtomobilin salonunda sözügedən şəxsə məxsus 5 ədəd sellofan çantanın və 2 ədəd karton qutunun içərisində xarici ölkələrdə istehsal olunmuş, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış cəmi 31.800 ədəd “Pirveli Premium”, “Golden Gate Blue” və “Dubao Red” adlı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI















