Avtomobilə piyadanı öldürən sürücünün cinayət işi məhkəməyə göndərilib

Bakıda avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Ozal Böyükağalının cinayət işi üzrə ibtidai istintaqı yekunlaşaraq məhkəməyə göndərilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası oktyabrın 24-nə təyin edilib. İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq. Qeyd edək ki, hadisə bu il avqust ayında Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. Bakı şəhər sakini O.Böyükağalı idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Qızılşan Əsgərovanı vurub. Q.Əsgərova hadisə yerində ölüb. O.Böyükağalı Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












