Avtomobilə qoyulan bomba partladıldı: 20 ölü, 60yaralı
Gündəm
30 May 2017 13:25
Oxunub 1077

Terrorun məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb
İraqın paytaxtı Bağdadda törədilən ikinci partlayış nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb. Avtosfer.az-ın “Report”a istinadən xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidməti və şahidlər bildiriblər. Partlayış avtomobilə qoyulan bombanın partlaması nəticəsində olub. Qeyd edək ki, digər partlayış Bağdadın mərkəzində dondurma dükanının yaxınlığında törədilmişdi. Həmin hadisə nəticəsində 13 nəfər ölüb, 30 nəfər isə yaralanmışdı. Terrorun məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













