Avtomobilə quraşdırılmış 1 ton partlayıcı maddə tapıldı - FOTO

Türkiyənin Diyarbəkir bölgəsində içərisində bir tondan çox partlayıcı maddə olan mikroavtobus aşkar edilib. Avtsofer.az anspress-ə istinadən bildirir ki, minalanmış maşın Erqani şəhərində küçələrdən birində park edilib.
Polis dərhal həmin rayonu mühasirəyə alaraq təhlükəsizlik tədbirlərinə başlayıb. Yaxınlıqda yaşayan sakinlər ərazidən təxliyə edilib. Daha sonra mütəxəssislər bombanı zərərsizləşdirə biliblər. Xoşbəxtlikdən heç kim zərər çəkməyib. Polis avtomobil aşkar edilmiş rayon ərazisində patrul nəzarətini gücləndirib.
Türkiyənin Diyarbəkir bölgəsindəki Sur mahalında PKK üzvlərinin zərərsizləşdirilməsi üçün aparılan əməliyyatlar davam edir. Artıq bir neçə dəfə terrorçular ilə təhlükəsizlik qüvvələri arasında şiddətli döyüşlər baş verib. Komendant saatı rejiminin hökm sürdüyü Diyarbəkir bölgəsində PKK ilə döyüşlər davam etdiyi halda, qazılan xəndəklərin bağlanması, barrikadaların sökülməsi və terrorçuların zərərsizləşdirilməsi üçün aparılan əməliyyatlar davam etdirilir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl etdiyi çıxışlarda bölgənin terrorçulardan tam təmizləndiyi vaxta qədər Kürd Fəhlə Partiyasına qarşı əməliyyatların davam etdiriləcəyini vurğulayıb. Türkiyə hökuməti ilə PKK arasında atəşkəs həbsdə olan Abdullah Öcalanın çağırışından sonra yalnız 2 il davam edib. Türkiyənin bu bölgəsində vəziyyət bu il iyulun 20-də Şanlıurfa vilayətinin Suruç rayonunda 33 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra gərginləşib. Terror aktından sonra ölkənin cənub-şərqində terrorçular polis və hərbçilərə qarşı hücumlar həyata keçirməyə başladılar. Qanlı hücumların məsuliyyətini PKK öz üzərinə götürüb.
Yeniyetmə sürücülərin törətdiyi qəzaların sayı niyə artır? - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO










