Avtomobili ilə gələn Hindistan vətəndaşından narkotik vasitələr aşkarlandı

Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələr, psixotrop və güclü təsiredici maddələrin qaçaqmalçılığının qarşısını alıblar. Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, idarənin sərnişin-nəqliyyat şöbəsində İrandan Azərbaycana idarə etdiyi minik avtomobili ilə gələn Hindistan vətəndaşı kinoloji xidmət iti tətbiq olunmaqla keçirilən gömrük nəzarəti zamanı saxlanılıb. Kinoloji xidmət itinin reaksiyasına əsasən, avtomobilə, eləcə də vətəndaşın əl yüklərinə və üzərinə baxış keçirilib. Baxış zamanı, gömrük nəzarətindən gizlədilmiş narkotik vasitələr - 1 ədəd bükümdə, ümumi xalis çəkisi 2,054 qram təşkil edən marixuana və üç ədəd bükümdə, ümumi xalis çəkisi 16,389 qram təşkil edən həşiş aşkar edilib. Bundan başqa, 27 ədəd həb şəklində "Alprazolam", 1 ədəd bükümdə, xalis çəkisi 0,450 qram təşkil edən metamfetamin və 1 ədəd bükümdə, xalis çəkisi 0,340 qram təşkil edən metilendioksiamfetamin (MDA) adlı psixotrop maddələr, həmçinin 20 ədəd həb şəklində "T-Dol-Tramadol Hydrochloride Tablets" adlı güclü təsiredici maddə aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












