Avtomobili müsəlmanların üzərinə sürməyə çalışan erməninin əqli durumu yoxlanılır

Parisdə məscid yaxınlığında avtomobili müsəlmanların yaratdığı izdihamın üzərinə sürməyə çalışdığına görə saxlanılan şəxsin əqli durumu, anlaqlı olub-olmadığı yoxlanılır.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, polis hadisə vaxtı onun içkili və narkotik maddələrin təsiri altında olmadığını bildirib.
Xatırladaq ki, dünən Parisdə Krety bölgəsində məscid yaxınlığında avtomobili insan izdihamının üzərinə sürməyə cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanılıb. Polis nümayəndəsinin sözlərinə görə, hadisə nəticəsində heç kim zərər görməyib. Aydın olub ki, hücumu həyata keçirən şəxsin qarşısını məscidin qarşısında quraşdırılmış maneələr alıb.
Hücum edənin motivləri hələlik məlum deyil.
"Parisien" qəzetinin məlumatına görə, 43 yaşlı erməni əsilli şübhəli şəxs yolsuzluq avtomobilində məscidin qarşısındakı maneələri dəf etməyə çalışıb və bunu Bataklan və Yelisey meydanında yaşananlara görə intiqam kimi qələmə verib.
Qeyd edək ki, Fransada 2015-ci ildə Parisə edilən hücumlardan sonra fövqəladə vəziyyət rejimi qüvvədədir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












