Avtomobilin çənindən 59 telefon aşkar edilib

Avtomobilin yanacaq çənindən 59 ədəd mobil telefon aşkar edilib. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İdarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VOLKSVAGEN PASSAT" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çənin içində xüsusi düzəldilmiş gizlin-saxlanc yerindən 10 ədəd "Samsung Galaxy J1 prime", 2 ədəd "Samsung Galaxy J5", 45 ədəd "Otel 230", 2 ədəd "X-BO Model-06" markalı mobil telefonlar, 43 ədəd qidalandırıcı başlıq, 15 ədəd adapter, 60 ədəd qulaqcıq və 45 ədəd USB kabel aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










