Avtomobilin yük yerindən narkotik vasitə aşkar olundu - FOTO

Qusar Rayon Polis Şöbəsi (RPŞ) Şahdağ Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışının qarşısının alınması istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Şahdağ PB-nə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Xudat şəhər sakini əvvəllər məhkum olunan Camo Harunov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman bir ədəd kibrit qutusunun içində ümumi çəkisi 6,170 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq bölmə əməkdaşları tərəfindən C.Harunovun idarə etdiyi “Opel” markalı avtomobilə də baxış keçirilib. Nəqliyyat vasitəsinin yük yerindən isə əlavə olaraq 295 qram marixuana aşkar edilib. Saxlanılan şəxs ifadəsi zamanı narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Fərid
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
















