Avtomobilindən 56 min ədəd siqaret və 37 mobil telefon aşkar olundu - FOTO

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Toyota Mark-2" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə Avtosfer.az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib. Yoxlama zamanı avtomobilin yük yeri ilə arxa oturacağı arasında xüsusi düzəldilən gizli saxlanc yerindən, qapılarının örtüyünün altından və arxa oturacağının altından Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan ümumilikdə 48000 ədəd "Dubao" markalı siqaretlər aşkar edilib. Bundan başqa, Azərbaycan gömrükçüləri "Sınıq Körpü"də Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirib. Yoxlama zamanı avtomobilin sağ və sol qapılarının altında xüsusi düzəldilmiş saxlanc yerindən aksesuarları ilə birlikdə üzərində "X-BO V3+" yazısı olan 34 ədəd mobil telefonlar, avtomobilin altından və sağ qanadının altından 20 ədəd mobil telefon qutusu, 20 ədəd qidalandırıcı başlıq, 20 ədəd qulaqcıq, 20 ədəd USB kabel, 20 ədəd batareya, 20 ədəd mobil telefon üzlüyü, salonundan isə 1 ədəd "Samsung Galaxy A3", 2 ədəd "Samsung Galaxy J3" və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 8 min ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib. Hər iki faktla bağlı araşdırma aparılır.
Kənan
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT














