Avtomobilindən oğurluq edən şəxsin cəzası artırılıb

Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Tahir Əlixan oğlu Atakişiyev barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə başa çatıb.
Avtosfer.az "report"a istinadən xəbər verir ki, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, T.Atakişiyevin 11 aylıq cəzası artırılaraq 4 il müddətinə çatdırılıb.
Qeyd edək ki, oğurluq hadisəsi ötən il oktyabr ayının 23-də Bakının Binə qəsəbəsində baş verib. Paytaxt sakini T.Atakişiyev dayısı Fəqan Əliyevlə birgə Əmiraslan Ələkbərova məxsus "TOFAŞ" markalı avtomobildən 200 manat və maqnitofon, Türkiyə vətəndaşı Şahin Adem Halitə məxsus "Volkswagen" markalı avtomobildən isə 2 000 manat pul, maqnitofon və sənəd oğurlamaqda sübhəli bilinib.
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər yaxalanıb. Saxlanılan T.Atakişiyev əməlini etiraf etsə də, dayısını ələ vermək istəməyib.
O, Cinayət Məcəlləsinin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2-ci (oğurluq, təkrar törədildikdə), 177.2.4-cü (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 326.2-ci (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələri ilə ittiham olunub.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə T.Atakişiyev 11 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












