Avtomobilinə ziyan vurulan və hücuma məruz qalan NİGAR CAMALDAN YENİ AÇIQLAMA - VİDEO

Ötən gün yolu kəsilərək avtomobilinə ziyan vurulan “Avroviziya” təmsilçimiz müğənni Nigar Camal açıqlama yayıb.
Avtosfer.az xəbər verir ki, sənətçi baş vermiş hadisədən sonra izahat və şikayət ərizəsi yazdığını və hüquq-mühafizə orqanlarının yaşadığı hadisəyə düzgün hüquqi qiymət verəcəyini bildirib:
"Ötən gün şikayətimdən sonra məsələ dərhal nəzarətə götürüldü. Bu gün isə izahat və şikayət ərizəsi yazdım. Hazırda məsələ hüquq-mühafizə orqanlarının nəzarətindədir. Məsələyə düzgün hüquqi qiymət veriləcəyindən əminəm. Belə həssas bir məsələdə yardım əlini gözlədiyimdən də tez uzatdığı üçün Daxili İşlər Nazirliyinin rəhbərliyinə və əməkdaşlarına, həmçinin Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Azərbaycan xanımına və vətəndaşına yüksək dəyər nümayiş etdirdikləri üçün minnətdaram".
Xatırladaq ki, ötən gün müğənni Nigar Camal avtomobili hərəkət edərkən hücuma məruz qalıb. Belə ki, "KİA" markalı avtomobili idarə edən şəxs yolunu kəsib və müğənninin avtomobilinə ziyan vurub.
"Müğənni Nigar Camalın avtomobilinə hücum edən şəxs müəyyən olunub və polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb", - deyə Avtosfer.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.
baku.ws
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
ABŞ-İsrail-İran müharibəsinə başqa hansı ölkələr qoşulacaq? – Politoloq AÇIQLADI
Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
Bakının nəqliyyat sistemi WUF13 zamanı necə nizamlanacaq? - RƏSMİ CAVAB
İsraildə bomba sığınacağı belədir – VİDEO
Ramiz Mehdiyevin bankı bağlanır
Üçüncü dünya müharibəsi başlayıb? Kim kimin yanında yer alacaq? – SİYASİ ŞƏRHÇİ
Naxçıvana düşən dronun üzərinə görün nə YAZILIB - FOTO
Müdafiə Nazirliyi 1 nömrəli səfərbərliyin nə olduğunu açıqladı
Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil olunub - CƏDVƏL
Azərbaycan-İran sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırıldı










