Avtomobilini etibarnamə ilə dostuna verdi: 400 manat cərimə olunub - VİDEO

Avtomobilini etibarnamə ilə dostuna idarə etməyə verən şəxs 400 manat cərimə olunub.
Məlumata görə, belə bir vəziyyətlə paytaxt sakini Elcan Yusubov üzləşib.
Avtomobilin sahibi Elcan Yusubov iddia edir ki, 99-TA-351 dövlət qeydiyyat nişanlı maşınını etibarnamə ilə tanışı Bəxtiyar Əliyevə idarə etməyə verib. Bir müddət sonra sürücü şəhər ərazisində yol polisi tərəfindən saxlanaraq cərimə edilib.
Elcan Yusubovun sözlərinə görə, yol polisi Bəxtiyar Əliyevi saxlayarkən ona bildirib ki, sistemdə sürücülük vəsiqəsinə məhdudiyyət aradan qaldırılmamış kimi görünür.
Bu səbəbdən yol polisi avtomobilin sahibi Elcan Yusubova inzibati qaydada 400 manat cərimə yazıb.
Vətəndaşın üzləşdiyi bu məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. İdarənin əməkdaşı Mübariz Ağayev bildirdi ki, bu, araşdırma predmetidir:
''Bununla bağlı sürücü mütləq rəsmi qaydada müraciət etməlidir. Məsələ araşdırılmalı və nəticəsi barədə sürücüyə rəsmi cavab veriləcək''.
Daha ətraflı videomaterialda.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










