Avtomobilini yandıran Qarabağ əlili: "Problemlərim aradan qaldırıldı" - VİDEO

Qax rayonunda I qrup Qarabağ müharibəsi əlili Bəxtiyar Bayramov şəxsi avtomobilinə benzin tökərək yandırıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu gün səhər saatlarında baş verən hadisə yerinə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (RDYMH) iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.
Yanğın söndürülüb. Alov nəticəsində avtomobil tamamilə yararsız vəziyyətə düşüb.
B.Bayramov "Report"a açıqlamasında törətdiyi əməldən peşman olduğunu bildirib: "Cəriməni ödəyə bilmədiyimə görə əlavə çıxış yolu görmədim. Əsəbləşərək şəxsi avtomobilimi yandırdım. Hazırda peşmanam, avtomobilsiz qalmışam. Qax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən problemlərim aradan qaldırıldı. Təşəkkür edirəm. Heç bir şikayətim yoxdur", - deyə Qarabağ müharibəsi əlili vurğulayıb.
Qeyd edək ki, iyunun 20-də Bəxtiyar Bayramov sürücülük hüququ olmadan idarə etdiyi "VAZ-2109" markalı 16 BA 253 dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhəri, Heydər Əliyev prospektində maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törədib. Onun barəsində toplanmış material tədbir görülməsi üçün Qax rayon Məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə 400 manat məbləğində cərimələnib. Həmin cəriməni vaxtında ödəmədiyinə görə məbləğ 640 manata çatıb. Qax rayon Məhkəməsinin növbəti qərarı ilə onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılıb. B.Bayramov dekabrın 13-də DİN-in 102 xidmətinə müraciət edərək, Qax rayon Məhkəməsi tərəfindən 400 manat cərimənin 6 ay müddətində sürücülük hüququndan məhrum olunması ilə əvəzlənməsinə baxmayaraq, Qax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən icra edilməməsi barədə məlumat verib.
Faktla bağlı Qax rayon Polis Şöbəsində xidməti yoxlama aparılır.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA















