Avtomobillə dostunun üstündən keçən şəxsə cəza istənilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Tural Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, T.Babayevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkən şəxs Fətəğa Nuriyev isə T.Babayevə istənilən cəza ilə razılaşmayıb və təqsirləndirilən şəxsin oğlunu qəsdən öldürdüyünü iddia edib.
T.Babayevin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Proses yanvarın 12-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə bu il mayın 15-də Bakının Qobustan qəsəbəsində baş verib. T. Babayev "Mercedes" markalı avtomobili idarə edərkən dostu Cavid Nuriyev avtomobilin ön kapot hissəsində uzanmış vəziyyətdə olub. T. Babayev qəfil əyləci basıb, C. Nuriyev avtomobilin kapot hissəsindən sürüşərək yıxılıb və avtomobil onun üzərindən keçib. Nəticədə ağır bədən xəsarəti alan C. Nuriyev ölüb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












