Avtomobillə qaçmağa çalışan cinayətkarlar saxlanıldılar - Odlu silah aşkarlandı

Ötən gecə Ukraynada faciəli hadisə baş verib, 5 polis əməkdaşı həlak olub. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bu barədə deputat Anton Qerşenko “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb. Kiyevin Brovarsk rayonunun Knyajiçi qəsəbəsində paytaxt polisinin cinayət-axtarış bölməsi sistemli olaraq şəhər sakinlərinin evlərini talan edən quldur dəstəsinin üzvlərinin yaxalanması əməliyyatı hazırlayıb. Cinayətkarların növbəti hədəfinin Knyajiçi qəsəbəsində olacağı barədə operativ məlumat alınıb və həmin yerə cinayət axtarış bölməsinin qrupu və xüsusi təyinatlılar yollanıb. Knyajiçi qəsəbəsindəki küçədə şəxsi evlərdən birində polis kəşfiyyatçıları yerləşdirilib. Kəşfiyyatçıların vəzifəsi şəraiti izləmək və lazımi məqamda cinayətkarların cinayət başında saxlanması üçün xəbər vermək olub. Lakin təsadüfən polislərin olduğu evlə qonşu olan bir evdə mühafizə üçün avtomatik rejimdə quraşdırılmış siqnalizasiya sistemi işə düşüb. Dərhal hadisə yerinə mühafizə polisinin əməkdaşları gəlib və qonşuluqdakı evdə olan iki polis kəşfiyyatçısını saxlayıblar. Həmin vaxt isə cinayətkarların saxlanılması üçün mikroavtobusda hazır vəziyyətdə saxlanılan xüsusi təyinatlılar polis kəşfiyyatçılarının bədbəxtliklə üzləşdiyini, cinayətkarlar tərəfindən saxlanıldığı qənaətinə gəliblər və ora gəliblər. Daha sonra xüsusi təyinatlılarla mühafizə polisləri arasında atışma olub. Nəticədə 2 mühafizə polisi, iki polis kəşfiyyatçısı və bir xüsusi təyinatlı ölüb.
Həmin vaxt yaxınlıqdakı atışma səsini eşidərək talan planlarını təxirə salaraq “Toyota Land Cruiser 200” markalı iki avtomobilə qaçmağa çalışan cinayətkarlar da Kiyevdə saxlanılıblar. Onların üzərində odlu silah aşkarlanıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












